top
Bu gün AXC tarixinin tədqiqatçısı Ramiz Abutalıbovun doğum günüdür
27 oktyabr 2023, 09:30
- +

Bu gün AXC tarixinin tədqiqatçısı Ramiz Abutalıbovun doğum günüdür

Ramiz Abutalıb oğlu Abutalıbov 27 oktyabr 1937-ci ildə Gəncədə anadan olub.

O, 1960-cı ildə indiki Bakı Dövlət Universitetini bitirdikdən sonra təhsilini Moskvada davam etdirib, 1971-ci ildə Ümumittifaq Xarici Ticarət, 1984-cü ildə isə İctimai Elmlər Akademiyalarına qəbul olunub.

Abutalıbov 1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. O, 1971-1979, eləcə də 1985-1991-ci illərdə SSRİ-nin UNESCO-dakı nümayəndəliyində çalışıb. 1990-cı ildə “Beynəlxalq münasibətlərdə kim kimdir” dünya ensiklopediyasında 269 sovet diplomatı siyahısına daxil edilmiş yeganə azərbaycanlı Ramiz Abutalıbovdur. 1992-2004-cü illərdə o, müstəqil Azərbaycanın UNESCO-da daimi nümayəndəsi olub.

Ramiz Abutalıbov Parisdə 1989-cu ildə “Azərbaycan Evi” Assosiasiyasının yaradıcılarından biri olub. Diplomat Əlimərdan bəy Topçubaşovun xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulmasında, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində yaxından iştirak edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərimizin həyat və fəaliyyətlərinin araşdırılmasında xüsusi rol oynayıb. Abutalıbov bu insanlara aid nadir arxiv sənədləri, məktubları, məqalələri və rəsmləri toplayaraq, xaricdən Azərbaycana gətirib.

Abutalıbov “Parisdə illər və görüşlər”, “Özgələr arasında özününkü, özününkülər arasında özgə” , “Azərbaycan Demokratik Respublikası-90”, “Məhəmməd Əmin Rəsulzadə və Qafqaz konfederasiyası”, “Odlar yurdu Azərbaycanın siyasi mühacirətinin tarixi”, “1920-1945 illərdə”, “A.M. Topçubaşı. Paris arxivi” - 4 cilddə kitablarının müəllifidir. O, “Əbədi ezamiyyət” sənədli filminin ideya müəllifi və baş məsləhətçisidir.

Diplomat 1-ci dərəcəli müşavir adına, H.Z.Tağıyev adına Milli mükafata, Fransanın Fəxri Legion ordeninə və başqa mükafatlara layiq görülüb.

Ramiz Abutalıbov 1 yanvar 2022-ci ildə Moskva xəstəxanasında vəfat edib və Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilib.

Mənbələr:


  1. https://medeniyyet.az/page/news/60558/.html

  2. https://oxu.az/society/560511

  3. https://525.az/news/88573-veteni-ve-xalqi-ile-birge-taninan-ziyali-ramiz-abutalibov

  4. https://themost.az/2019/08/20/ramiz-abutalibov/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər