top
Bu gün Aslan bəy Səfikürdskinin doğum günüdür
30 sentyabr 2023, 17:00
- +

Bu gün Aslan bəy Səfikürdskinin doğum günüdür

Aslan bəy Ağalar oğlu Səfikürdski 30 sentyabr 1881-ci ildə indiki Göygöl rayonunun Səfikürd kəndində doğulub. O, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinə imza atanlardan biri olub.

Səfikürdski orta təhsilini Gəncə klassik gimnaziyasında alıb. O, 1902-1907-ci illərdə Sankt-Peterburq universitetinin hüquq fakültəsində təhsil alıb. Səfikürdski ali təhsilini başa vurduqdan sonra Gəncəyə qayıdıb və burada bir müddət vəkil köməkçisi işləyib. O, 1913-cü ildə Dairə Məhkəməsində vəkil rütbəsi alıb və 1914-cü ilə qədər vəkil işləyib.

Səfikürdski 1916-cı ilə qədər Gəncə Dumasının üzvü olub.

Aslan bəy Səfikürdski AXC hakimiyyəti dövründə Parlamentə deputat seçilmişdi.

O, Fətəli xan Xoyskinin təşkil etdiyi 3-cü Hökumət kabinəsində Poçt, teleqraf və əmək naziri, 4-cü Hökumət kabinəsində isə Ədliyyə və əmək naziri təyin edilib. Aslan bəyin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə hüquq elmi üzrə kitabxana təşkil olunub.

1920-ci il sovet işğalından sonra Azərbaycan SSR Xalq Ədliyyə Komissarının müavini işləsə də, Səfikürdski bolşeviklər tərəfindən təqiblərə məruz qalıb. O, 1917-ci ilə qədər eserlər partiyasının üzvü olduğuna görə 1922-ci ildə sovet hökuməti tərəfindən istintaqa cəlb olunub və üç il müddətinə həbs edilib. Həbs müddəti bitdikdən sonra Səfikürdski bir müddət, “Azneft”in hüquq məsləhətçisi işləyib, lakin yenə də təqiblərə məruz

qalıb. Bu təqiblərə dözməyən Aslan bəy xəstə düşmüş və uzun müddət yataqda qalmışdı.

Aslan Səfikürdski 15 oktyabr 1937-ci ildə Bakıda vəfat edib. Onun məzarı hələ də tapılmayıb.

Mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər