top
Bu gün 3 gəncəli Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidlərinin doğum günüdür
27 oktyabr 2023, 09:00
- +

Bu gün 3 gəncəli Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidlərinin doğum günüdür

Elbrus Hacı oğlu Allahverdiyev 27 oktyabr 1958-ci ildə anadan olub. Elbrus xeyli vaxt Vladiqafqazda yaşayıb, Qarabağ müharibəsi başlayanda Vətənə dönüb və könüllü cəbhəyə yollanıb. Leytenant Allahverdiyev Azərbaycan Silahlı Qüvvələri artilleriyasının ilk təşkilatçılarından olub. O, Ağdam cəbhəsində ilk artilleriya batareyasını, sonralar onun əsasında ilk divizionu təşkil edərək, döyüş əməliyyatlarında iştirak edib. 1993-cü il iyunun 16-da, ermənilərin hücumu zamanı Allahverdiyev mərmi partlayışından ağır yaralanıb. Komandir hospitala çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

İqor Vladimiroviç Makeyev 27 oktyabr 1971-ci ildə fəhlə ailəsində anadan olub. Desant qoşunları hissəsində xidmət keçən İqor sonralar Rusiyanın Rostov vilayətindəki çavuş məktəbinə göndərilib, lakin Qarabağ müharibəsi başlayanda Gəncəyə dönüb və cəbhəyə yollanıb. Çox keçməmiş onu taqım komandirinin müavini vəzifəsinə təyin ediblər. Makeyev Xocalı, Ağdərə uğrunda gedən döyüşlərdə şücaət göstərib. 2 avqust 1992-ci ildə “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə İqor Makeyev 28 nəfərin mühasirədən çıxmasına imkan yaradıb, özü isə şəhid olub.

Rəfael Əvəz oğlu Əsədov 27 oktyabr 1952-ci ildə anadan olub. Əsədov SSRİ Silahlı Qüvvələrinin məhdud kontingenti tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib, polkovnik rütbəsinədək yüksəlib. Qarabağ müharibəsi başlayanda Əsədov Vətənə qayıdıb, müasir zenit batareyalarının yaradılmasında köməklik göstərib və artilleriya korpusunun komandiri təyin edilib. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan əməliyyatların iştirakçısı olub. Rəfael Əsədov 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.

Elbrus Allahverdiyev və İqor Makeyev Gəncənin, Rəfael Əsədov isə Bakının Şəhidlər xiyabanında torpağa tapşırılıb. Gəncə və Bakıda şəhidlərimizin adlarını daşıyan küçələr var.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər