top
Baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim Nəcibə Əliyeva
04 mart 2023, 16:00
- ↺ +

Baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim Nəcibə Əliyeva

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəcibə Abbas qızı Əliyeva 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Əliyeva 1949-cu ildə Tak-Muğal Zoobaytar məntəqəsində baytar həkimi vəzifəsində işləyib, 1949-1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışıb.

Əliyeva 1956-cı ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. O, 1960-cı ildə baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Əliyeva 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb, 1962-ci ildə “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə baş elmi işçi adına layiq görülüb.

1963-1983-cü illərdə o, "Ümumi virusologiya", 1983-1991-ci illərdə isə "Ümumi virusologiya" və "Dabaq" laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun "Epizootologiya, mikrobiologiya, virusologiya, immunologiya və mikologiya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə Əliyeva N.E.Bauman adına Kazan Dövlət Baytarlıq İnstitutunda "Azərbaycanda buzovların adenovirus infeksiyasının öyrənilməsinə dair materiallar" mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.

Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir, Tiflis və başqa şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

Nəcibə Əliyeva 1956-cı ildə SSRİ "Xalq təsərrüfatı nailiyyətləri sərgisi"nin iştirakçısı olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. O, 1978-ci ildə Respublikada baytarlıq elminin inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Nəcibə Əliyeva 2006-cı ildə vəfat edib.

Mənbələr:


  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı-2002.

  2. Mustafayev F.Ə., Hüseynov E.M., Salmanov M.Ə. Baytarlıq təbabəti genetikası: I hissə. Bakı-2013.


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər