top
Bakı Dövlət Universitetinin güllələnmiş gəncəli rektoru: Balabəy Həsənbəyov
13 dekabr 2022, 12:50
- +

Bakı Dövlət Universitetinin güllələnmiş gəncəli rektoru: Balabəy Həsənbəyov

Balabəy Cabbar oğlu Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub.

O, Moskvada Qırmızı Professorlar İnstitutunu bitirib, Azərbaycana döndükdən sonra isə respublikanın elmi həyatında yaxından iştirak edib. Balabəy Həsənbəyov, həmçinin 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışıb. Professor qısa müddətdə görkəmli iqtisadçı alimlərdən birinə çevrilib. O, tək Azərbaycanda yox, ölkədən kənarda da tanınıb.

Balabəy Həsənbəyov 30 mart 1936-cı ildə Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilib. Bundan əlavə, o, 1935-1937-ci illərdə indiki Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin BDU-nun siyasi iqtisad kafedrasına başçılıq edib.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı B.N.Tixomirov həbs edildikdən sonra ciddi işgəncələrə məruz qalır. Tarixçidən Həsənbəyovun əleyhinə ifadələr alırlar. Buna görə, Balabəy Həsənbəyov 28 yanvar 1937-ci ildə əks-inqilabçı və terrorçu kimi saxta ittihamlarla həbs olunur.

29 yanvardan istintaqlar aparılmağa başlanılıb. Lakin Həsənbəyov bütün ittihamları rədd edib. Beşinci istintaqda 3 nömrəli metodun (işgəncə) təsiri ilə Balabəy Həsənbəyov özünün günahkar olduğunu “etiraf edib”. 11 oktyabr 1937-ci ildə ittihamçısız və şahidsiz keçən məhkəmə iclasında universitetin rektoru ən ağır cəzaya - güllələnməyə məhkum edilib.

Professorun həyat yoldaşı Həsənbəyova-Blinova Antonina İvanovna vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Balabəy Həsənbəyovun ölüm hökmü 12 oktyabr 1937-ci ildə Bakı şəhərində yerinə yetirilib.

Həsənbəyov və həyat yoldaşı yalnız 1956-cı ildə bəraət alıblar.

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  2. Gəncə tarixinin aktual problemləri. Gəncə -2010.

  3. https://kaspi.az/az/24-lerden-sekkizincisi-balabey-hesenbeyov-cmhuriyyet-100/?action=disablemobile

  4. http://bsu.edu.az/az/content/rektorlarmz

  5. https://kulis.az/news/11008


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər