top
Bəndərin üsyanı: gəncəlilərin azadlıq mübarizəsi
27 noyabr 2021, 13:00
- +

Bəndərin üsyanı: gəncəlilərin azadlıq mübarizəsi

Bəndərin üsyanı 1231-ci ildə Gəncədə, sənətkarların və şəhər yoxsullarının, Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddinə qarşı olmuş qiyamdır. Üsyanın səbəbi vergilərin çox yığılması idi.

Üsyana sənətkar Bəndər başçılıq etmişdir. Üsyançılar Cəlaləddinin sarayını dağıdıb, orada olan adamları öldürmüşdülər. Onlar varlıların əmlakını alıb, yoxsullara paylamışdılar. Şəhərdə olan Xarəzmşahın hərbi hissəsini məhv etmişdilər.

Xarəzmşah gəncəlilərlə danışıqlar üçün dəfələrlə elçi göndərib, onlara əmin-amanlıq vəd etmişdir. Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı: "Bu cür vədləri eşitdikdə qayalar da yumşalardı". Gəncəlilər isə mübarizədən əl çəkmirlər. Tarixçi Ziya Bünyadov deyirdi: "Onlar barmaqlarını qulaqlarına qoyub öz paltarlarına bürünərək, inad göstərir və qürurla dayanırdılar".

Üsyançılar şəhərdən çıxıb, Xarəzmşahın ordusuna hücum etmişdilər, lakin onlar hökmdarın ordusuna tab gətirə bilməyib, məğlub olmuşdular. Beləliklə, Cəlaləddin üsyanı yatırmışdır və Bəndər başda olmaqla 30 nəfəri həbs etdirmişdir. O, hamının başını kəsməyi, Bəndəri isə tikə-tikə doğramağı əmr etmişdir.

Bəndəri edam edəndə, cəllad ondan son sözünü soruşanda, Bəndər demişdir: "Zülmkara, Cəlaləddinə, Xarəzmşaha nifrət edirəm".  Sadıq Şükürov "Gəncənin Tarixi Abidələrindən" kitabında Bəndərin edamından yazmışdır. O, Bəndərin ölümdən qorxmadığını qeyd etmişdir. Kitabda yazılana görə, Bəndər cəlladdan xahiş etmişdir ki, onu tikə-tikə doğramaqdan əvvəl, onun ürəyini yarmadan çıxartsın. Bəndər cəllada onun ürəyini çıxaranda sıxmamasını, çünki orada onun anasının yaşadığını demişdir. Bəndər fikirləşirdi ki, onun urəyi sıxılsa, anası da sıxılıb düşünəcək ki, oğlu vətənə, azadlığa, dostlarına içdiyi anda sadiq qalmamışdır. O, cəllada vətəni və azadlığı üçün ölümə getdiyini demişdir.

Xarəzmşahlar dövləti Azərbaycan ərazisində 1225-1231-ci illərdə hökmranlıq etmişdir.

Mənbələr:


  1. Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. 1136-1225-ci illər. Bakı - 2007.

  2. Rauf Məlikov, Nizami İbrahimov. Məktəblinin tarixi lüğəti. Bakı - 2004.

  3. Эльдар Исмаилов. Очерки по истории Азербайджана. Москва - 2010.

  4.  Azərbaycan tarixi. Yeddi cilddə. III cild. Bakı-1999.

  5. Sadıq Şükürov. Gəncənin Tarixi Abidələrindən. Gəncə-1998.

  6. Зия Буньядов. Избранные сочинения в трех томах. III том. Баку - 1999.

  7. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
Bu gün, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
Bu gün, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
Bu gün, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
Bu gün, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
Bu gün, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
Bu gün, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 13:34

Gəncədə "Off-road" üçün yararlı küçə

Bütün xəbərlər
Bu gün, 12:58

Sabah Gəncədə 39 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 11:05

Ceki Çanın filmində çəkilmək üçün ŞANS

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə ekoloji aksiya keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:59

Tanınmış müğənni Gəncədə səhnə alacaq - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə direktor vəzifəsi üçün müsabiqə elan edilib

Bütün xəbərlər
Dünən, 16:56

Göygöldə qanunsuz tikili söküldü

Bütün xəbərlər
Dünən, 15:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

45 yaşlı qadının evinin həyətindən meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 14:35

Fikrət Əmirov parkında şam ağacları quruyur – Gəncə sakini

Bütün xəbərlər
Dünən, 13:56

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 12:33

Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:05

İki sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 10:32

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:58

MİDA güzəştli mənzillər satışa çıxarıb

Bütün xəbərlər
Dünən, 09:08

Gəncədə yol problemi: Çuxurlar sürücüləri çətin vəziyyətdə salır

Oxşar xəbərlər