top
Bu gün gəncəli akademik və geoloq Mirəli Qaşqayın doğum günüdür
07 yanvar 2022, 11:00
- ↺ +

Bu gün gəncəli akademik və geoloq Mirəli Qaşqayın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Geoloq, akademik Mirəli Seyidəli oğlu Qaşqay 7 yanvar 1907-ci ildə Gəncədə anadan olub.

O, Gəncə gimnaziyasında, 1924-cü ildən isə indiki Azərbaycan Texniki Universitetinin geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. Mirəli 1930-cu ildə Daşkəsən rayonunun Zəylik alunit yatağının (dünyada ən böyük alunit yataqlarından biri) geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib. Qaşqay 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Sankt-Peterburqda Petroqrafiya İnstitutunun aspiranturasında təhsil alıb.

Akademik 1938-ci ildə Azərbaycan EA-nın Geologiya İnstitutunu ilk təşkil edənlərdən biri olub. Mirəli Qaşqay 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri, akademiyanın həqiqi üzvü və ilk akademik-katibi olub.

O, 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin professoru elmi dərəcəsini alıb. Qaşqayın təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, mineralogiya və kristalloqrafiya (kristallar və kristallik maddə haqqında elm) kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Mirəli mineroloqların və geokimyaçıların Azərbaycan məktəbinin yaradı­cısı olub.

Mirəli 1959-cu ildə Əməkdar elm və texnika xadimi adına layiq görülüb. Alim Britaniya, Rusiya, Ukrayna, İrlandiya və Amerika mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə elm və dünya əlaqələri üzrə Paquoş Sülh Konfransında iştirak edib. Mirəli Qaşqay "Azərbaycanın geotermik xəritəsi"ni tərtib edib. Alim 1971-ci ildə Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü seçilib.

Akademik 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. Mirəli Qaşqayın yer elmləri haqqında elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap edilib. Alimin adı bir çox ölkələrin ensiklopediya və məlumat kitablarında ("Kim kimdir" - Avstriya, "Kim kimdir" - ABŞ) var.

Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn olunub.

Alimin adı Bakı və Gəncənin küçələrindən birinə verilib.

 

Mənbələr:


  1. Əlamətdər və tarixi günlər təqvimi. Bakı-2011.

  2. https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3316

  3. https://science.gov.az/az/forms/osnovateli-nana/2627

  4. https://kaspi.az/az/dunya-shretli-geoloq-mireli-qasqay-azerbaycanin-orijinal-geotermik-xeritesini-tertib-edib

  5. http://atv.az/news/social/87692-mireli-qasqay-110

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər