top
Azərbaycan üzərində hökmran olan Gəncə qalası
22 dekabr 2024, 19:00
- +

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

 

Gəncə qalasının bir hissəsi şəhərin mərkəzində Xan bağında yerləşir. Bu qala XVI-cı əsrdə Osmanlı-Səfəvi müharibələri zamanı tikilib.

Gencexeber.az məlumat verir ki, 1587-ci ildə Gəncə Osmanlı imperiyası tərəfindən tutulub. Bundan sonra osmanlı komandiri Fərhad Paşanın əmri ilə səfəvilərdən müdafiə üçün Gəncə qalası inşa edilib.

6 iyul 1606-cı ildə I Şah Abbas Gəncəni Səfəvi dövlətinin tərkibinə geri qaytarıb və şəhərin mərkəzini yeni Gəncə qalasına köçürüb.

XVIII əsrin sonlarında qala, bu dönəmdə yaranan Gəncə Xanlığının mərkəzinə çevrilib.

3 yanvar 1804-cü ildə rus generalı Sisianovun ordusu Gəncə xanlığını işğal edib. Sisianova görə “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran” idi. Məhz buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik idi. Bu qala rus generalı Nikolay Dubrovinin fikrincə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi.

Gəncə qalasına dair ümumi məlumat rus qoşunlarının yürüşü zamanı çəkilən üç plana əsasən mövcuddur. Rus generalı V.A.Zubovun “Gəncə qalası 24 fevral 1797-ci il” ilk planı 1796-1797-ci illərdə generalın korpusu tərəfindən yaradılıb. Daha sonra ilk planla oxşar ikinci və üçüncü “Gəncə qalası” xəritələri də tərtib edilib.

Plana əsasən qala düzənsiz altıbucaqlı formada olub, küncləri isə döyüş qüllələri ilə tamamlanırdı. Şərq və qərb divarlarında iki qapı var idi. Gəncə qalasının iki sıra divarı olub, mərkəzi hissəsində xanın iqamətgahı yerləşirdi. Tikilinin daxilində həmçinin fəvvarələr olan həyətlər və onları əhatə edən kiçik binalar var idi.

Qalanın xaricində geniş bağlar mövcud olub. Bu bağlardan biri dövrümüzə çatmış və qədimdə yalnız xan ailəsi və onların qonaqlarının dincəldiyi “Xan bağı”dır.

Planda qeyd olunan üç yol qalaya aparırdı: “Şuşa istiqamətində yol”, “İrəvana gedən yol”, eləcə də “Kür çayına və Tiflisə aparan yol”.

Xəritədə əsas diqqət çəkən, böyük ərazini tutan “Xan heyvanxanası”dır. Burada vəhşi heyvanlar saxlanılırdı, həmçinin xan ailəsi üzvlərinin burada ovla məşğul olduqları ehtimal olunur.

[caption id="attachment_73492" align="alignnone" width="696"]Azərbaycan üzərində hökmran olan Gəncə qalası  [/caption]

[caption id="attachment_73493" align="alignnone" width="696"]Azərbaycan üzərində hökmran olan Gəncə qalası  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər