top
Azərbaycanda radioquruculuğa təkan verən Gəncə radiostansiyası
13 yanvar 2024, 15:00
- +

Azərbaycanda radioquruculuğa təkan verən Gəncə radiostansiyası

Azərbaycanda elektron KİV-nin ilk nümunəsi sayılan radionun yaranması 1926-cı ilin 26 noyabrından hesablanır. Lakin əslində ölkəmizdə radioquruculuğun tarixi Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə yaratdığı radiostansiyanın fəaliyyəti ilə başlayır.

1919-cu ildə Fransanın teleqraf və telefon kompaniyası AXC-nin poçt-teleqraf işlərini dünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün Parisdəki nümayəndələrlə qarşılıqlı razılaşmaya gəlir. Ona əsasən, xeyli radio-rabitə avadanlıqları göndərilir və Fransa mühəndisləri ölkəyə ezam edilirlər.

1919 ilin axırlarına yaxın 33 nəfərin xidmət etdiyi radiostansiya yaradılır. Həmin ilin 28 noyabrında Ə.M.Topçubaşov Fransadan - Eyfel qülləsindəki radiostansiyadan birbaşa Gəncə radiostansiyasına teleqram göndərmişdi. Bu, Azərbaycanda radiostansiyanın fəaliyyətə başlaması münasibətilə göndərilən təbrik teleqramı idi.

Teleqramda deyilirdi: "Əziz həmvətənlərimizin iqtisadi və mədəni tərəqqisində böyük rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirəm".

1920-ci il yanvarın 13-də Gəncə radiostansiyası Fransanın Eyfel qülləsinə yenidən qoşulur. Həmin gün Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan xalqına müraciət edərək Cümhuriyyətin Paris Sülh Konfransında tanındığını xəbər verir. Əlimərdan bəyin bu teleqramından əvvəlcə Gəncə, sonra isə bütün Azərbaycan xəbər tutur və hər yerdə böyük sevinc yaşanır.

1920-ci ildə AXC-nin süqutu radioquruculuq işinin yarımçıq qalmasına səbəb olur.

Mənbələr:


  1. Əlizadə Y.M., Məhərrəmli Q.M. Azərbaycan efiri. Tarix və müasirlik. Bakı-2006.

  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild. Bakı-2005.

  3. http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/358233.htm

  4. https://www.yenigence.com/1920-ci-ild%C9%99-parisd%C9%99n-g%C9%99nc%C9%99y%C9%99-gond%C9%99ril%C9%99n-teleqram/

  5. Foto: Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə. Gəncə-2018.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər