top
Azərbaycan teatrında Xurşidbanu Natəvan haqqında ilk tarixi dram əsəri: “Xan qızı”
06 may 2023, 15:00
- +

Azərbaycan teatrında Xurşidbanu Natəvan haqqında ilk tarixi dram əsəri: “Xan qızı”

“Xan qızı” tarixi dram əsəri 1972-ci ildə ərsəyə gəlib. Bu dram əsərinin müəllifi gəncəli yazıçı Fəridə Əliyarbəylidir. Fəridə Əliyarbəyli ilk dəfə Azərbaycan teatrında xan qızı Xurşidbanu Natəvan haqqında tarixi dram əsərinin yazılmasına müvəffəq olub.

Fəridə Əliyarbəyli bu dram əsərinin yaranma tarixindən xatirələrində qeyd edirdi: “70-ci illərin əvvəllərində xalq artisti Məhəmməd Bürcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşidbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və "Xan qızı”nı - ilk pyesimi yazdım…”.

“Xan qızı” dram əsəri 1972-ci ildə Gəncə Dövlət Dram teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Şərifovdur. Tamaşada Xurşidbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva ifa edib. Müəllif bu haqda belə yazıb: “...Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını məhz xalq artisti Sədayə xanım Mustafayeva üçün yazdım…”.

Pyesdə hadisələr XIX əsrdə Şuşada cərəyan edir. Tamaşada xan qızının yaşayıb, yaratdığı günlər və həyatı haqqında bəhs edilir.

Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyıb. Xurşidbanu Natəvanın atası Mehdiqulu xan Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim isə Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır.

Mənbələr:


  1. Kaspi 2018.- 1 fevral.- S.15.

  2. Mədəniyyət.- 2019.- 8 fevral.- S.6.

  3. Ədalət.- 2012.- 10 oktyabr.- S.5.

  4. https://www.muallim.edu.az/www.old/arxiv/2012/41/35.htm

  5. http://www.milliarxiv.gov.az/en/feride-hesen-qizi-eliyarbeyli

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər