top
Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan samuxlu qaçaq Məmmədqasım
25 iyul 2023, 16:00
- +

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan samuxlu qaçaq Məmmədqasım

Qaçaq Məmmədqasım 1897-ci ildə Samux rayonunda anadan olub. O, Gəncədə və Gəncəbasar zonasında 10 ildən çox qaçaqlıq edib, Gəncə üsyanının fəal iştirakçılarından biri olub.

Məmmədqasım 1915-ci ildə Birinci Dünya müharibəsinə qatılıb. Məmmədqasım Karpat dağlarında almanlarla döyüşərkən Osmanlı əsgərləri ilə qarşılaşır. Ordu üz-üzə gələndə Məmmədqasım “mən müsəlman qardaşlarıma güllə ata bilmərəm”, - deyir və döyüşməkdən imtina edərək, əmrə qarşı çıxır. Onun bu etirazına görə, ruslar, əsasən, “Müsəlman-türk”, “Tatar” könüllü alayları adlandırdıqları döyüşçü bölmələrinin hamısını geri çağırır və onları arxa cəbhədə saxlayırlar.

Məmmədqasım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurulmasında yaxından iştirak edib. O, həmçinin Qafqaz İslam Ordusu sıralarında vuruşub, Bakının bolşevik-daşnaklardan azad edilməsi uğrunda döyüşüb.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bolşeviklər tərəfindən süquta uğradılır və burada sovet hakimiyyəti qurulur. 1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncədə sovet rejiminə qarşı üsyan başlayır. O, Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə yollanmaq istəyərkən Qarasaqqal kəndi ətrafında 500 nəfərlik bolşevik dəstəsi ilə üzləşir. Burada iki saatlıq döyüş baş verir və nəticədə 420 bolşevik əsgəri öldürülür. Daha sonra o, üsyana qoşulur.

Gəncə üsyanı yatırıldıqdan sonra Məmmədqasım 15 nəfərlə birlikdə Gəncə yaxınlığındakı dağa çıxır. Orada Məmmədqasım belə deyir: “Nə edəcəyimiz bəllidir. Gəncəni azad edənə, torpağımızı geri qaytarana qədər döyüşəcəyik”. O, dəstəsi ilə 1932-ci ilə kimi mübarizə aparır. Hətta qaçağı hər yerdə ölüm fərmanı ilə hədələyirlər. Məmmədqasımın mübarizəsinin qarşısını almaq üçün onun ailə üzvlərinin bir qismi güllələnir, digərləri isə sürgün edilir.

Məmmədqasım 1932-ci ildə məcburən Türkiyəyə yollanır. Burada o, Elazığda yaşamağa başlayır və ailə qurur. Məmmədqasım türk siyasətçi, Türk Aerokosmik Sənayesinin (TUSAŞ) üzvü Şuay Alpayın babasıdır. Şuay Alpay babası haqda belə demişdir: “Azərbaycanın müstəqillik mücadiləsi tarixində adı qalmış babamın olması ilə qurur duyuram”.

Qaçaq Məmmədqasım 1967-ci ildə 69 yaşında Elazığda vəfat edib.

Mənbələr:


  1. Arif Məmmədov. Samux mahalının tarixi-arxeoloji tədqiqinə dair. Bakı-2000.

  2. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.

  3. http://www.anl.az/down/meqale/medeniyyet/2017/iyul/551370.htm

  4. https://teleqraf.com/news/toplum/167540.html

  5. http://adau.edu.az/cumhuriyyet_tarixi_muzeyi/muzey-174/


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər