top
Azərbaycanın Əməkdar hüquqşünası Məmməd Xələfov
20 oktyabr 2023, 16:00
- +

Azərbaycanın Əməkdar hüquqşünası Məmməd Xələfov

Məmməd Süleyman oğlu Xələfov 20 oktyabr 1922-ci ildə Füzuli rayonunun Dördçinar kəndində Qarabağın bəyi Hacı Süleymanın ailəsində anadan olub. Bəzi mənbələrdə onun Gəncədə anadan olması yazılır.

Xələfov Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini bitirib. O, 1940-cı ildə ordu sıralarına çağırılıb və Böyük Vətən müharibəsi cəbhəsinin ağır bölgəsində - Stalinqradda döyüşüb. 1943-cü ildə yaralanıb, hərbi hospitala yerləşdirilib. Sağaldıqdan sonra Gəncəyə qayıdıb, burada 28 nömrəli məktəbə hərbi rəhbər təyin olunub.

Xələfov 1945-ci ildən BDU-nun Hüquq fakültəsində, 1950-1953-cü illərdə Mülki hüquq kafedrasında təhsil alıb. 1953-1959-cu illərdə BDU-nun Mülki hüquq kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyib.

Xələfov Azərbaycan SSRİ Elmlər Akademiyasının Fəlsəfə bölməsində Hüquq şöbəsini yaradıb və 1959-1962-ci illərdə bu şöbənin müdiri olub. 1962-ci ildə o, BDU-nun Hüquq fakültəsinin dekanı seçilib və 18 il oraya rəhbərlik edib. Onun dövründə Hüquq fakültəsində 6 yeni kafedra açılıb.

Professor Xələfov ölkədə hüquq elminin inkişafına töhfələr verib. Alim 7 monoqrafiyanın, Azərbaycanda və ölkə hüdudlarından kənarda 100-dən çox elmi məqalənin müəllifidir. Onun "Sovet mülki hüququnun yaranması", "Azərbaycanda mülki qanunvericilik", "Azərbaycanda əmək qanunvericiliyi" və digər əsərləri var. Xələfov ömrünün sonuna qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Elmi-Məsləhət Şurasının üzvü olub. O, 1991-ci ildə Azərbaycan Ali Sovetinin üzvü seçilib. Onun rəhbərliyi altında mühüm qanun layihələri hazırlanaraq qəbul edilib.

Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayanda Xələfovun rəhbərliyi ilə "Zəkanın səsi - tarixin dərsi" adlı kitab hazırlandı. Bir çox tarixi həqiqətlərə işıq salan kitab Azərbaycan, rus və ingilis dillərində nəşr olunaraq, dünyanın bir çox ölkələrinə göndərildi.

Xələfov Azərbaycan elminin inkişafına verdiyi xidmətlərə görə bir çox mükafatlarla təltif edilmiş, 1989-cu ildə "Azərbaycanın Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü.

Məmməd Xələfov 12 aprel 1992-ci ildə 70 yaşında Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Gəncədə alimin adını daşıyan küçə var.

Mənbələr:


  1. Бакинский рабочий 15 апреля 1992 г.

  2. Əliyev T. Haqqa qovuşan insan. Bakı-2002.

  3. http://www.anl.az/down/meqale/azerbaycan/2022/oktyabr/820303.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər