top
“Azərbaycan faciəsinin əziz qurbanı” Valiyyə Kazımbəyli
20 iyun 2023, 16:00
- +

“Azərbaycan faciəsinin əziz qurbanı” Valiyyə Kazımbəyli

Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. O, Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır.

Valiyyə xanım 1919-cu ildə polkovnik Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub. O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. AXC-nin süqutundan sonra yoldaşı ilə birgə Gəncə üsyanında iştirak edib. Üsyan yatırıldıqdan sonra ailə üzvləri bir-birindən ayrı düşürlər. Onlar bir il sonra İstanbulda bir-birlərini taparaq görüşürlər.

Ancaq bir müddət keçir, Valiyyə xanım ailəsi ilə birgə Polşaya köçür. II Dünya müharibəsi illərində Valiyyə xanım Varşava hərbi xəstəxanasında yatan, almanlara əsir düşmüş azərbaycanlı əsgərlərə qardaşı Zahid xanla birgə kömək etmişdir. Onlar Varşavadakı evlərində Yardım Komitəsi qururlar və İsveçrə “Qızıl xaç” təşkilatından gələn hər növ yardımları paylayırlar. Qardaşı öz xatirələrində bacısı haqqında bunları qeyd edir: “Bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı.”

Valiyyə xanım həyatı boyu bütün mübarizələrdə həyat yoldaşının yanında olur. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də yürüşə çıxaraq, üçrəngli bayrağımızı daşıyır.

Kazımbəyli 1943-cü ildə Berlində keçirilən ümumazərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olub. 1947-ci ildə təşkilatın xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilib. O, burada II Dünya müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks-kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldir.

1947-ci ilin aprelin 26-da Valiyyə xanım və 12 azərbaycanlı hərbçinin olduğu təyyarə İstanbuldan Romaya yola salınıb. Təyyarə Afina yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Həlak olan Valiyyə xanım və hərbçilər İstanbulda Feriköy məzarlığında dəfn ediliblər. Valiyyə xanımın məzarının üzərində “Azərbaycan faciəsinin əziz qurbanı Valiyyə Kazımbəyli” yazılıb.

Mənbələr:


  1. https://tarix.konspekt.az/qadinlar/3472-valiyye-xanim-kazimbeyli.html

  2. https://teleqraf.com/news/art/174582.html

  3. https://oxu.az/society/684783

  4. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər