top
Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri Xəlil bəy Xasməmmədov
29 iyun 2023, 14:00
- +

Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri Xəlil bəy Xasməmmədov

Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 25 oktyabr 1870-ci ildə Gəncədə anadan olub.

O, Gəncə klassik gimnaziyasında təhsil alıb, daha sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra Xəlil bəy Krasnodar və Gəncə dairə məhkəmələrində işləyib.

Xasməmmədov 1907-ci ildə 2-ci Dövlət Dumasına deputat seçilib, 3-cü Dövlət Dumasında (1907-1912) Azərbaycanı təmsil edən yeganə deputat olub. O, Dumada Zaqafqaziya (Qori) seminariyası Azərbaycan Şöbəsinin Gəncəyə köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi, türk dilində təhsillə bağlı məsələlər qaldırıb, hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb edib.

Xəlil bəy 1913-1917-ci illərdə Gəncə şəhər bələdiyyə rəisi işləyib, “Türk Ədəmi-mərkəziyyət” partiyasının yaradıcılarından biri, Müsavat Partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. O, həmçinin Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya Komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olub.

Xasməmmədov Azərbaycan Cümhuriyyətinin 1, 2, və 5-ci Hökumət kabinəsində ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri vəzifələrində çalışıb. O, 1920-ci ildə Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin edilib.

1920-ci ildə rusların işğalından sonra Xəlil bəy mühacirət həyatı yaşamağa məcbur olub. Ermənilər F.Xoylu ilə H.Ağayevi qətlə yetirsələr də, o, yaralı vəziyyətdə xilas ola bilib.

Xəlil bəy İstanbulda siyasi-publisistik fəaliyyət göstərib. O, 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. 1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub.

Xəlil bəy Xasməmmədov 11 avqust 1945-ci ildə xərçəng xəstəliyindən İstanbulda vəfat edib, Fəriköy məzarlığında dəfn edilib.

Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutu, həmçinin Gəncədə küçə Xəlil bəy Xasməmmədovun adını daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində onun adını daşıyan muzey təşkil olunmuşdur.

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2005

  2. İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bakı-2013.

  3. https://teleqraf.com/news/toplum/212855.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər