top
AXC-nin İrandakı səfiri Adil xan Ziyadxanov
16 yanvar 2023, 16:00
- +

AXC-nin İrandakı səfiri Adil xan Ziyadxanov

Adil xan Əbülfət oğlu Ziyadxanov 1870-ci (1877) ildə Gəncədə anadan olub. Atası onuncu Gəncə xanı Cavad xanın nəticəsi, anası İran şahzadəsi olmuşdur.

O, ilk təhsilini xüsusi müəllim yanında almış, sonra Gəncə mədrəsəsində oxuyub, daha sonra isə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Ziyadxanov rus, fransız, ingilis və fars dillərini mənimsəyib.

Adil xan 1905-ci ildə Topçubaşov və Xasməmmədovla birlikdə müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunların ləğv edilməsi uğrunda mübarizə aparıb. O, 1906-cı ildə azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə keçirilən “barışdırıcı qurultayı”nda Yelizavetpol qəzasını da təmsil etmişdi. Fevral inqilabından (1917) sonra Gəncədə yaradılmış “Qafqaz müsəlmanları şurası”nın 7 üzvündən biri idi.

Ziyadxanov bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. O, 1919-cu ildə AXC-nin dördüncü hökuməti kabinəsində xarici işlər naziri Cəfərovun müavini vəzifəsinə təyin edilmişdi.

Ziyadxanov 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq, Tehranda diplomatik fəaliyyətə başladı. Bu vəzifə ilə yanaşı, onun başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində Ziyadxanlının “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yayırdı. Azərbaycanla İran arasında diplomatik danışıqlar, teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlərlə bağlı 8 müqavilə imzalanması da Ziyadxanlının səfirlik etdiyi dövrə təsadüf edir.

1920-ci ildə Azərbaycan işğal ediləndən sonra Ziyadxanov İranda siyasi sığınacaq alır və sonradan orada vəkillik peşəsi ilə məşğul olmağa başlayır. Adil xan Tehranda bələdiyyə idarəsində, İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmişdir.

1934-cü ildə Ziyadxanov Türkiyəyə köçüb, İstanbul Universitetində dərs deyib, ömrünün sonunadək burada yaşayıb. Adil xan orada öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirib.

Adil xan Ziyadxanov 14 dekabr 1954-cü ildə İstanbulda vəfat edib.

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild. Bakı-2005.

  3. https://islamansiklopedisi.org.tr/ziyadhan-adil-han

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər