top
AXC dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi məktəb
17 iyun 2023, 14:00
- ↺ +

AXC dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi məktəb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Praporşiklər Məktəbi 1 dekabr 1918-ci ildə Gəncə Hərbi Məktəbinin əsasında yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyəti zabit kadrların sayının artırılmasına böyük əhəmiyyət verirdi. Bu səbəbdən general Səməd bəy Mehmandarovun təşəbbüsü ilə Praporşiklər Məktəbi yaradılır. Bu məktəb AXC dövründə milli ordu üçün zabit kadrları hazırlayan ilk hərbi təhsil müəssisəsi idi.

Praporşiklər Məktəbinin məzunu olan şəxs buraxılış imtahanlarını uğurla başa vurduqda dərhal ilk zabit rütbəsinə - praporşik rütbəsinə layiq görülürdü. “Praporşik” çar Rusiyası dövründə ordu və donanmada ən kiçik zabit rütbəsi idi.

24 dekabr 1918-ci ildə polkovnik Şirin bəy Kəsəmənli Gəncə Praporşiklər Məktəbinin rəisi təyin olunur. Lakin 8 aprel 1919-cu ildə Kəsəmənli 2-ci Bakı piyada alayının komandiri təyin olunur və polkovnik Rüstəm bəy Şıxlinski məktəbin rəisi vəzifəsini icra etməyə başlayır.

1919-cu ilin aprel ayında məktəbin ilk buraxılışı olur. Bu səbəbdən Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev və digər rəsmi şəxslər Gəncəyə gəlirlər. İlk buraxılışda məktəbin 135 məzunu zabit rütbəsinə layiq görülür. Məktəbin 1919-cu ilin sentyabr ayında baş tutan ikinci buraxılışında isə oranı 119 nəfər bitirir.

6 sentyabr 1919-cu ildə Praporşiklər Məktəbi Bakıya köçürülür. 1919-cu ilin oktyabrında bu məktəbin bazasında Hərbiyyə məktəbi yaradılır.

Mənbələr: 


  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004.

  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

  3. https://ordu.az/az/news/156042/azerbaycanda-herbi-tehsilin-esasi-101-il-evvel-qoyulub

  4. http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyun2009/84211.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər