top
Çarli Çaplinin ifa etdiyi Gəncəli bəstəkərın Cücələrim əsəri
23 noyabr 2021, 15:56
- +

Çarli Çaplinin ifa etdiyi Gəncəli bəstəkərın "Cücələrim" əsəri

Gəncəli Bəstəkar Qəmbər Hüseynlinin bir çox tanınmış mahnıları var. Lakin bəstəkarın sənətində ən böyük uğur "Cücələrim" mahnısıdır.

Qəmbər Hüseynli bu mahnını 1947-1948-ci illərdə şair Tofiq Mütəllibovla birgə yaratmışdır. Tofiq Mütəllibov xatirələrində bu haqda belə yazmışdır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. "Cücələrim" mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. ...Beləliklə, məşhur "Cücələrim" meydana gəldi. O, həmişə deyərdi: "Mən əminəm ki, "Cücələrim"in səyahəti böyük olacaq". ...Əgər o, ömrü boyu "Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli "Cücələrim" mahnısı ilə sağlığında özünə abidə ucaltdı".

1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək "Cücələrim"in melodiyasını ifa edir və deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin".

1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrini təyyarə meydanında "Cücələrim" melodiyası ilə qarşılayıblar. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən "Cücələrim" melodiyası ifa edilib.

1968-ci ildə Hindistanda qastrolda olan müğənni Elmira Rəhimovanı stadionda 30 min tamaşaçı eyni anda xorla "Cücələrim" mahnısı ilə qarşılayıb.

1969-cu ildə "Cücələrim" Sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.

 

"Cücələrim” mahnısının ilk ifaçısı Qəmbər Hüseynlinin "Sazçı qızlar" ansamblının solisti Səmayə Mirzəyeva olub. Mahnının sonrakı ifaçıları Əməkdar İncəsənət Xadimi Arif Qazıyev və Münəvvər Seyfullayev olub. "Cücələrim" mahnısı bir çox dövlətlərdə musiqi tədrislərində istifadə edilməyə başlanılıb və dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.

14 sentyabr 1979-cu ildə "Cücələrim" üçün Gəncədə ayrıca muzey yaradılıb. "Cücələrim" adına muzey yaradılan yeganə uşaq mahnısıdır.

Mənbələr:


  1. http://anl.az/down/meqale/medeniyyet/2010/aprel/114563.htm

  2. https://teref.az/kose/200079-100-dile-tercume-olundu-bestekari-hebs-edildi-adina-muzey-acildi-cucelerimin-qeyri-adi-taleyi.html

  3. https://azertag.az/xeber/Cucelerim___Azerbaycani_meshur_aktyor_CHarli_CHapline_sevdiren_musiqi_VIDEO-1005872

  4. https://www.youtube.com/watch?v=ePSlx2AkyMc&list=PLDf3n6CWltSR3g2DyH0Jqpbfk8RsIinDy&index=61

  5. Azərbaycan Sovet Ensiklopediyası. X Cild. 1987.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər