top
Çar Rusiyası dövründə fəaliyyət göstərən Müqəddəs Nina qız gimnaziyası
10 avqust 2023, 18:15
- +

Çar Rusiyası dövründə fəaliyyət göstərən Müqəddəs Nina qız gimnaziyası

Müqəddəs Nina qız tədris müəssisəsinin binası Gəncədə - Əziz Əliyev küçəsi, 110-da yerləşir. Bina 1883-cü ildə inşa edilib. Həmçinin mənbələrdə tədris müəssisəsinin adı “Müqəddəs Nina qız gimnaziyası” kimi qeyd edilir. Hal-hazırda burada Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi fəaliyyət göstərir.

Bina Gəncənin ikinci hissəsində, “Qırmızı kənd” adlandırılan ərazidə, ermənilərin və başqa millətlərin nümayəndələrinin yaşadıqları yerdə inşa edilib. Ehtimal edilir ki, gimnaziya binasını bu hissədə tikdirməkdə çar Rusiyasının məqsədi azərbaycanlıları təhsildən uzaq tutmağa çalışmaq olub.

Bu gimnaziyanın mərkəzi Tiflisdə yerləşirdi. “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin təşkil etdiyi qızlar gimnaziyası 1885-ci ildə Gəncədə fəaliyyətə başlayıb.

Burada təhsil rus dilində olduğundan yalnız rus məmurlarının və ya başqa millət nümayəndələrinin qızları oxuyurdu. 1885-1906-cı illərdə Müqəddəs Nina qız gimnaziyasında 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi,16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori,1 avstraliyalı və 1 osetin qız təhsil alıb. Bu gimnaziyada yerli xalqın sadəcə 3 nəfər nümayəndəsi oxuyub. Bu qızlar isə həmin dövrün zadəgan insanlarının övladları idilər: xan qızı Zərnitac Ziyadxanova, məmur qızı Dilruba Həsənbəyova, general qızı Sayad Novruzova.

1913-cü ilin məlumatına əsasən, burada həmin il 437 qız təhsil alıb.

Bu gimnaziya Azərbaycan Xalq Cümhuriyyəti dövründə də fəaliyyət göstərib. 11 avqust 1919-cu ildə Müqəddəs Nina qız gimnaziyasının adı dəyişdirilərək, Gəncə qız gimnaziyası adlandırılıb. Bu dövrdə gimnaziyada təhsil alan azərbaycanlı qızların sayı artıb. 1918-1919-cu illərdə burada 4, 1919-1920-ci ildə isə 196 azərbaycanlı qız oxuyub.

28 dekabr 1919-cu ilin qərarına əsasən, Gəncə qız gimnaziyasında maliyyə çətinlikləri olan və ən yaxşı oxuyan 3 qız təhsil haqqından azad edilirdi. Bu qızlardan biri müsəlman, biri rus, digəri erməni idi. Həmçinin 1920-ci ilin fevralında burada müəllim və tələbələrin təşəbbüsü ilə tamaşa səhnələşdirildi. Burada yığılan pul vəsaiti isə kasıb qızların təhsil haqqına kömək üçün nəzərdə tutulurdu.

Sovet dövrundə bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərib.

Mənbələr:


  1. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.

  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  3. Азиза Назарли. Народное образование в Азербайджанской республике (1918-1920 гг.). Баку-2008.

  4. Türküstan qəzeti. - 2018.- 5-11 iyun. - № 66. - S. 5.

  5. Sadıq Şükürov. Gəncə məktəblərinin tarixindən. Bakı-1990.

  6. Обзор Елизаветпольской губернии за 1913. Тифлис-1915.

  7. Mərdan Məmmədov. Gəncə abidələri. Bakı-2021.

  8. https://muallim.edu.az/news.php?id=3212

  9. https://kayzen.az/blog/azerbaycan/24698/g%C9%99nc%C9%99-m%C3%BCs%C9%99lman-q%C4%B1z-m%C9%99kt%C9%99bi.html


[modula id="42340"]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər