top
Çar III Aleksandr və onun ailəsinin Gəncə səfəri
20 dekabr 2022, 16:00
- +

Çar III Aleksandr və onun ailəsinin Gəncə səfəri

1888-ci ildə rus imperatoru III Aleksandr və onun ailəsi Qafqaza səfər edirlər. Bu zaman onlar Gəncəyə də gəlirlər.

10 oktyabr 1888-ci ildə Bakıdan Gürcüstan ərazisinə gedərkən çar III Aleksandr və onun həyat yoldaşı Mariya Fyodorovna 20 dəqiqəlik Yelisavetpol stansiyasında (indiki Gəncə Dəmiryol Stansiyası) dayanırlar. Onları Gəncə qubernatoru knyaz Nakaşidze, şəhər başçısı və digər şəxslər qarşılayırlar.

Stansiya bayraq və güllərlə bəzədilmişdi. Dəmiryol vağzalı bir bağı xatırladırdı; su qaldırmaq üçün nəzərdə tutulan qüllənin yanında bir neçə pilləli, xalçalarla örtülmüş oturacaqlar qoyulmuşdu. Ağ, qırmızı və mavi rəngli paltar geyinən uşaqlar, bitki və çiçəklərdən imperatorun adını simvolizə edən “A III” monoqramını təsvir edirdilər. Oturacaqların bir qırağında - orkestr qrupu, digər tərəfində isə dəmir yol işçilərindən ibarət xor qrupu dururdu. İmperator yaxınlaşanda xor ve orkestr “Tanrı Çarı qorusun” adlı imperiya himnini ifa etdilər.

Vağzalda - çar ailəsi üçün xüsusi hazırlanmış otaqlarda Yelisavetpol quberniyasının müxtəlif yerlərində hazırlanmış məhsullar sərgilənmişdi. Zalın divarları xalçalar və çələnglərlə bəzədilmişdi. Burada orleandr (həmişə yaşıl bitki), limon və nar ağacları, kənd təsərrüfatı bitkilərinin toxumları və yerli çörək növləri nümayiş etdirilirdi. Həmçinin divarlardan qədim silahlar və əl işləri asılmışdı. Burada, həmçinin quberniyanın bütün ərazisindən toplanmış müxtəlif mineral maddələr və onların çıxarılması, işlənməsində istifadə olunan gümüşü alətlər nümayiş olunurdu. Çar ailəsi qubernatorun müşayiəti ilə sərgini gəzirdi.

Şəhər başçısı imperatora qədim, taxta qabda duz və çörək gətirdi. Həmçinin çar ailəsini

qarşılayanlardan biri, böyük ehtimal, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan idi. O, milli paltar geymiş, başında isə iri, qiymətli daş-qaşla bəzədilmiş qızılı papaq (araxçın) qoymuşdu. Xan qızı imperatora ornamentli xalı, onun xanımına qızılı sapla toxunmuş arxalıq və vəliəhd II Nikolay üçün isə yun örtük bağışlamışdı.

Səfərin sonunda çar ailəsi uşaqlarla foto çəkdirdikdən sonra qatara minib, yollarına davam ediblər.

Mənbələr:


  1. Кавказский календарь на 1889. Тифлис-1888.

  2. https://rg.ru/2015/11/13/rodina-kavkaz.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər