top
9 May - faşizm üzərində Qələbə günüdür
09 may 2025, 00:00
- +

9 May - faşizm üzərində Qələbə günüdür

 

Bu gün alman faşizminə qarşı müharibənin qələbə ilə başa çatdığı gündür. 1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu, bəşəriyyət tarixində möhtəşəm, unudulmaz bir hadisədir. Bu savaşda Azərbaycanın da payı böyük olub — 600 mindən çox azərbaycanlı cəbhəyə yollanaraq qəhrəmanlıq göstərib. Azərbaycan xalqı həm döyüş meydanında, həm də arxa cəbhədə misilsiz fədakarlıqlar nümayiş etdirib. Qələbə günündə onların xatirəsi ehtiramla anılır.

Gencexeber.az məlumat verir ki, həmin illərdə Gəncədən 25 643 nəfər əsgər, 731 nəfər zabit ordu sıralarına səfərbər olunub. Onlar, əsasən, Azərbaycanda formalaşan milli diviziyaların sıralarında vuruşurdu.

Həmin dövrdə kişilər cəbhəyə yollandığından Gəncənin sənaye müəssisələrində çalışan qadınların sayı iki dəfədən çox artdı. 1944-cü ildə artıq ümumi işçilərin 55,3%-ni qadınlar təşkil etdi. Gəncənin müəssisələrində istehsal hərbi sifarişlər və cəbhə üçün gərəkli məhsullar üzrə təşkil edilirdi. Həmçinin istehsalın həcmi artırılırdı və üç növbəli iş rejimi tətbiq olundu.

Arxa cəbhədə əməyə görə 600-dən çox gəncəli fəhlə, kolxozçu, ziyalı orden və medallarla təltif edilib.

Müharibə illərində Gəncədə məktəb, klub kimi müxtəlif təyinatlı binalarda hərbi xəstəxanalar yerləşdirildi. Bundan başqa, şəhərdə qanköçürmə stansiyası təşkil edildi. Ümumiyyətlə, 4 il ərzində 2604 nəfər gəncəli donor cəbhə üçün min litrdən çox qan verib. Gəncədə müalicə olunan döyüşçülərin ruhdan düşməməsi üçün Gəncə Dram Teatrının kollektivi 2 minə yaxın konsert proqramı təşkil edib.

Cəbhə bölgələrindən köçürülən 16 mindən çox insan Gəncə və Göygöldə sığınacaq tapıb. 1942-ci ildə gəncəli ailələr valideynlərini itirən 200-dən çox uşağı övladlığa götürüb. Həmin dövrdə yaradılan 2 uşaq evində 375 uşaq tərbiyə edilirdi.

Gəncəlilər müharibə illərində döyüşçülərə sovqatlar yollayırdılar. 1941-1945-ci illərdə Gəncədən müdafiə fonduna 1 kq-dək qızıl, 18 kq gümüş, milyon manatlarla nağd pul verilmişdi.

Gəncədən yollanan yüzlərlə döyüşçü cəbhədə şöhrət qazanıb. Onların arasında İsrafil Məmmədov, Museyib Bağırov və Məmməd Məhərrəmov Sovet İttifaqı qəhrəmanı adına layiq görülüblər. Gəncəli mütəfəkkir Mirzə Abbas Abbaszadənin oğlu Ənvər Abbaszadə İtaliya partizan hərəkatının qəhrəmanı olub. O, “Armando” ləqəbi ilə tanınıb. Həmçinin bir çox zabitlər Azərbaycan diviziyasının heyətində Qafqazdan Berlinədək döyüşüblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər