top
Şeyx Nizami Gəncəvinin soyundan olan şair Əli Şövqi
12 avqust 2023, 17:50
- +

Şeyx Nizami Gəncəvinin soyundan olan şair Əli Şövqi

Əli Şeyx Muxtar oğlu Şeyxzamanlı 9 mart 1879-cu ildə Gəncədə, Nizami Gəncəvinin soyuna məxsus ailədə anadan olub. O, Əli Şövqi kimi tanınıb.

Şövqi ibtidai təhsilini atasından almışdır. Oğlunun elmə və rus dilinə həvəs göstərdiyini görən atası onu rusdilli məktəbə qoymuşdur. Gənc Əli tezliklə türk, ərəb, rus və fars dillərini mükəmməl öyrənir, bundan əlavə, ədəbiyyat, tarix, təbiət kimi elmlərə maraq göstərir.

İlk şeirlərində Əli “Şeyx” təxəllüsünü istifadə edir. O, 1912-ci ildə Bəhai dinini qəbul etmişdir. Bundan sonra şair “Şeyx” təxəllüsündən imtina edir. O, misirli yazıçı Şövqi Əhmədin şərəfinə “Şövqi” təxəllüsünü götürür.

1905, 1918 və 1920-ci illərdə baş verən qanlı hadisələr Əli Şövqinin yaradıcılığında geniş əksini tapmışdır. Şövqi o vaxtlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələri qələmə almış, doğma torpağından didərgin düşən soydaşlarımızın həyatını poetik dillə təsvir etmişdir.

Əli Şövqi dövri mətbuatda - “Qurtuluş”, “Dirilik” məcmuələrində Azərbaycan və fars dilində şeirləri ilə çıxış etmişdir. Onun şeirləri sırasında “Yadigar”, “İstər isən”, “Vətənim”, “Sənin”, “Məhəbbət”, “Füzuliyə nəzirə” əsərlərini qeyd etmək olar. Hal-hazırda Şövqinin əlyazma şəklində 32 şeiri AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır. O, həmçinin fars şairi Sədi Şirazinin bir qəzəlini tərcümə edib.

Şövqi 1912-ci ildə Bakıda “Səda” mətbəəsində çalışıb. Ehtimal edilir ki, bu dövrdə ağır iş şəraitinə görə şair vərəm xəstəliyinə tutulur. Bundan sonra Gəncəyə qayıdan Şövqi burada iş tapa bilmir. 1922-ci ildə xəstəliyindən xəbər tutan şairin əli hər yerdən üzülür.

Uzun illər Bakıda çalışarkən yazdığı şeirdə Şövqi Gəncənin həsrətində olduğunu deyir:

Mümkün olar isə gələrəm Gəncəyə doğru,

Artıq məni incitdi bu il qürbət, əfəndim!

Əli Şövqi 1925-ci ildə Gəncədə vəfat edib və Səbiskar qəbiristanlığında dəfn olunub.

Mənbələr:


  1. http://www.anl.az/down/meqale/amea_fs/2021/02/796947(meqale).pdf

  2. http://www.anl.az/down/meqale/elyazmalar_yanmir/2019/02/755491(meqale).pdf

  3. http://ameagb.az/az/news/20

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər