top
22 il ərzində Gəncə Dumasının üzvü olmuş Ələkbər bəy Rəfibəyli
11 iyul 2023, 16:00
- +

22 il ərzində Gəncə Dumasının üzvü olmuş Ələkbər bəy Rəfibəyli

Ələkbər bəy Kərbəlayi Həsən oğlu Rəfibəyli 1839-cu ildə Gəncədə anadan olub.

O, Gəncədə progimnaziyanı bitirib, daha sonra Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil alıb. 1870-1896-cı illərdə Gəncədə polis sistemində fəaliyyət göstərib, Yelizavetpol və Ərəş qəzalarının pristavı təyin edilib. Xidmətlərinə görə, 1891-cı ildə Müqəddəs Vladimir ordeni ilə təltif olunub. Ələkbər bəy 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarınadək Yelizavetpol polismeysteri vəzifəsində çalışmışdır.

Ələkbər bəy 1896-cı ildən maarifçi və xeyriyyəçi kimi fəaliyyət göstərib. O, Gəncəyə Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə, gənclərin xaricdə təhsil almasına da xeyli səy göstərib. Rəfibəyli "Gəncə müsəlman dram məclisi"nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının, Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin təşəbbüsçülərindən olub. Rəfibəyli 22 il ərzində Gəncə Dumasının üzvü olmuşdur.

Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-cı ildə erməni vəhşiliklərini ifşa etmək məqsədilə soyqırım faktlarını rus dilində qeydə alıb, çoxsaylı məqalələr dərc etdirib.

Birinci Dünya müharibəsi (1914-1918) zamanı rus komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini artırmaq məqsədilə azərbaycanlılardan da əsgər götürməyi və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi qərara almışdı. Bu planın baş tutmasına mane olmaq üçün Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Ələkbər bəy Rəfibəylidən ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz general-qubernatoru ilə danışıqlar aparmışdılar. Nəticədə Qafqaz türklərinin orduya məcburi qaydada deyil, könüllü cəlb edilməsi qərara alınmışdı.

Fevral inqilabından (1917) sonra Ələkbər bəy Rəfibəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərmişdir. Nuru paşanın komandanlığı ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin Gəncə dövründə Ələkbər bəy Rəfibəyli xüsusi rol oynamışdır.

Rəfibəyli publisist kimi də fəaliyyət göstərib, "Tərcüman" qəzetinin tanınmış yazarlarından biri olub.

Ələkbər bəy Rəfibəyli 3 aprel 1919-cu ildə vəfat edib.

Mənbələr:

1. https://web.archive.org/web/20210730085914/http://gunaydin.az/news/8415

2. http://web2.anl.az:81/read/page.php?bibid=63652&pno=124

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər