top
20 Yanvar faciəsinin gəncəli şəhidi
20 yanvar 2024, 10:00
- +

20 Yanvar faciəsinin gəncəli şəhidi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhalini ağır texnikadan və müxtəlif silahlardan atəşə tutub. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım və polis işçiləri olub. Qanlı Yanvar hadisələrində şəhid olanlar arasında gəncəli Valeri Boqdanov olub. Gencexeber.az sizə şəhidimiz haqda məlumat hazırlayıb.

Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1975-ci ildə 18 saylı Dəmiryol məktəbini, 1985-ci ildə isə Rostov şəhərindəki Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Bir müddət dəmiryol nəqliyyatında müxtəlif işlərdə çalışan Valeri çox çəkmir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işə dəvət olunur. O, burada da qısa vaxtda nüfuz qazanır, nümunəvi xidmətə görə ona baş leytenant rütbəsi verilir.

1990-cı il Qanlı Yanvar hadisələri ərəfəsində o, Bakıda idi. Baş leytenant Boqdanov yanvarın 19-dan 20-nə keçən gecə Bakıda operativ tapşırıqla əməliyyat həyata keçirirdi və bütün gecəni yaralılara kömək edirdi. Yanvarın 20-də səhər tezdən Bakının Tbilisi prospektində Boqdanovun maşını atəşə tutulur. İş yoldaşları onu xəstəxanaya çatdırsalar da, Valerini xilas etmək mümkün olmur.

O, Gəncənin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Gəncəli döyüşçü ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir və “Azərbaycan Respublikasının azadlığı uğrunda mübariz” fəxri adına layiq görülmüşdür.

Mənbələr:


  1. https://gencesehidleri.az/sehidler/49-boqdanov-valeri-zakir-oglu.html

  2. http://www.anl.az/down/meqale/azerbaycan/2019/yanvar/629243.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər