top
16 yaşlı yeniyetmənin yazdığı Azərbaycanın ilk ordu marşı
12 sentyabr 2023, 16:00
- ↺ +

16 yaşlı yeniyetmənin yazdığı Azərbaycanın ilk ordu marşı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1918-ci ildə Azərbaycanın bolşeviklərdən xilası üçün Nuru Paşa Qafqaz İslam Ordusu hissələri ilə Gəncəyə gəlir. Nuru Paşa burada Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanov qardaşlarının evində məskunlaşır.

Bir gün Şeyxzamanovların bacısı Münəvvər xanımın 16 yaşlı oğlu Səlman dayılarının evində Nuru Paşaya həsr etdiyi şeiri oxuyur:

Gəncədə çalındı azadlıq suru,

Qovdu ürəklərdən zülməti, qoru,

Dağıt düşmən quran məkrli toru,

İrəli, irəli, ər Paşam Nuru! 

Çanaqqala - nurlu şəhidlik yolu,

Türk aslanlarının bükülməz qolu,

Allahım, sən özün onları qoru,

İrəli, irəli, ər Paşam Nuru!

İstanbuldan gəldin Gəncəyə doğru,

Haydı, gavurlara anlat bu zoru,

Gəncədən Bakıya zəfərdir yolu,

İrəli, irəli, ər Paşam Nuru! 

Ər Paşam Nuru, Ər Paşam Nuru,

Turanın Aslanı, Nər Paşam Nuru!

Həmin vaxtlarda bəstəkar Məşədi Cəmil Əmirov Gəncədə uşaq xoru yaratmışdı. O, Səlmanın şeirini eşidir və onu marş halına salır.  Məşədi Cəmil bu marşı uşaq xoru ilə Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-türk əsgərləri qarşısında ifa edir. 

Bu marş 28 may 1919-cu ildə Gəncədə AXC-nin birilliyi münasibətilə təşkil olunan şənliklərdə səslənir.

Bu əsərin ilk ifaçılarından birinin müğənni Bülbül olduğu ehtimal olunur. Səlman Əhmədlinin oğlu Bəşir müəllim bu haqda xatirələrindən danışıb:  “Mənim qardaşım, Xalq artisti, mərhum Mobil Əhmədov 1950-ci illərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında…Bülbülün tələbəsi idi. Yay tətili zamanı Mobil …Gəncədə idi. Bir gün atam öz yazı dəftərindən əski əlifba ilə yazılmış bir şeiri… oxuyaraq Mobilə öyrətdi və ona dedi ki, bu nəğməni müəllimin Bülbülə oxuyarsan…Bakıya gedəndən sonra Mobil atamın dediklərini edir. Bülbül nəğməni dinləyir, Mobildən təkrarən oxumasını istəyir…özü də onunla birlikdə oxuyur, sonra Mobilə deyir:“...mən onsuz da bilirdim ki, sən mənim gəncliyimlə və taleyimlə bağlı olan Gəncəmdənsən, kimin nəvəsi və kimin oğlu olduğunu isə indi bildim. Bu, Azərbaycanın ilk təntənəli marş nəğmələrindəndir…”

İlk səsləndiyindən 90 il keçdikdən sonra - 2008-ci ildə bu nəğməni Bəşir Əhmədli və Hüseyn Verdiyev birgə ifa ediblər. Həmin səhnə “Cümhuriyyətə doğru üç addım” adlı sənədli filmə daxil edilib və mayın 28-də “Space-Tv”də nümayiş olunub.

Mənbələr:


  1. Gəncə böyük hərflə. №15. Gəncə-2009.

  2. https://525.az/news/380-azerbaycanin-ilk-ordu-marsi

  3. https://www.youtube.com/watch?v=EUvNN7dIgZs

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər