top
150-dən artıq səhnə obrazı canlandıran gəncəli İbrahim Həmzəyev
05 avqust 2023, 17:00
- +

150-dən artıq səhnə obrazı canlandıran gəncəli İbrahim Həmzəyev

Mir İbrahim Mir Tağı oğlu Həmzəyev 25 dekabr 1908-ci ildə Gəncə şəhərində anadan olub.

O, Gəncədəki yeni tipli altısinifli məktəbdə oxuyub, 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub və buradakı tamaşalarda çıxış edib. 1920-1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib, lakin dram dərnəyindən ayrılmayıb. Həmzəyev 1921-1925-ci illərdə Gəncə Pedaqoji Texnikumunda təhsil alıb. 1925-1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib.

1930-cu ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirir. Həmin illərdə Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Teatr Gəncəyə köçdükdən sonra o, 1933-cü ildə Gəncə Türk İşçi Teatrının (sonralar Gəncə Dövlət Dram Teatrı) aktyor truppasına daxil olur. 1936-cı ildə Tiflis Dövlət Türk Dram Teatrına birinci kateqoriya aktyor ştatına qəbul olunur, lakin həmin il Tiflisdən qayıdaraq yenidən Gəncə Dövlət Dram Teatrının truppasına qəbul edilir.

Həmzəyev 1937-ci ildə Naxçıvan Dövlət Musiqili Dram teatrının truppasına aktyor götürülüb. O, teatrda direktor, aktyor, baş rejissor vəzifələrində çalışıb. 1947-1948-ci illərin teatr mövsümündə yardım üçün Füzuli Dövlət Dram Teatrına göndərilib.

Həmzəyevin yaradıcılığında 150-dən artıq səhnə obrazı var. Sənətkar “Azərbaycan SSR Xalq artisti” və “Azərbaycan SSR Əməkdar artisti” fəxri adlarına layiq görülüb.

Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" əsərlərinə quruluş verib. O, həmçinin tərcümə pyesləri olan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" (Karlo Haldoni) tamaşalarına quruluş verib.

Həmzəyev ictimai həyatda da fəal iştirak edib. O, Naxçıvan vilayət və şəhər partiya komissiyasının üzvü, Naxçıvan şəhər xalq deputatları Sovetinin deputatı seçilmişdir.

İbrahim Həmzəyev 4 fevral 1982-ci ildə Bakıda vəfat edib və Naxçıvanda dəfn olunub.

Mənbələr:


  1. “Ədəbiyyat və incəsənət” qəzeti 12 fevral 1982.

  2. http://www.anl.az/down/meqale/amea_nax_xeb_ihes/2018/03/780878(meqale).pdf

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər