Gəncədə Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu birgə təlim keçirib. Bu haqda 9 avqust tarixində Vəkillər Kollegiyasına istinadən xəbər veririk.
Şəhərimizin “Vego” otelində Vəkillər Kollegiyasının üzvləri, prokurorluq və ədliyyə qurumlarının əməkdaşları və hakimləri üçün tədbir baş tutub.
Avropa İnsan Hüquqları Konvensiyasının işgəncələrin qadağan olunması və ədalətli məhkəmə araşdırması hüququ üzrə təlimlər Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən keçirilmişdir.
[caption id="attachment_42219" align="alignnone" width="300"]
Foto Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association[/caption]