Gəncədə daha bir lahiyə təşkil olunub. Bu haqda 2 sentyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
"Abilimpiya hərəkatının regionlarda inkişafı" adlı layihə sağlamlıq imkanları məhdud şəxslər üçün keçirilib. Burada Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Milli Abilimpiya Federasiyasının vitse prezidenti Rüfət Hacılı, "Fərəh" Sosial İB-nin rəhbəri İlqar Hümbətov və “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin direktoru Ramil Qasımov iştirak ediblər.
Rəsmi şəxslər çıxışlarında bildiriblər ki, Azərbaycanda bütün insanların yaxşı yaşaması, ölkəmizin inkişafına fayda verə bilməsi üçün sağlamlıq imkanları məhdud insanların problemlərinə həssaslıqla yanaşılmalıdır.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirin sonunda açıq havada Roman İmamquliyev aşpazlıq sahəsi üzrə master-klas keçirib.