Gəncədə icra başçısının sakinlərlə görüşü baş tutub. Bu haqda 18 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Görüş şəhərin 1-ci mikrorayon ərazisində salınan “Abad məhəllə”də olub. Burada YAP Gəncə şəhər təşkilatının sədri, İcra başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Ərazidə yaşayan sakinlər maddi yardımın göstərilməsi, işlə təminat və bir sıra təkliflər səsləndiriblər. Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb.