25.8 C
Gence
25.8 C
Gence

Həftəsonu “GƏNCƏSƏNƏT” Sərgi-Yarmarkası baş tutacaq

Gəncədə 9-10 oktyabr tarixində növbəti “GƏNCƏSƏNƏT” Sərgi-Yarmarkası keçiriləcək. Bu haqda Gəncə İctimai İştirakçılıq Məclisinin rəsmi Facebook səhifəsində 7 oktyabr tarixində məlumat paylaşılıb.

Tədbir “NİZAMİ-880”-Şəhər Bayramı günləri çərçivəsində Filarmoniya bağı və Urban Mərkəzində təşkil olunacaq. Layihə zamanı incəsənətin istənilən növləri ilə peşəkar və həvəskar şəkildə məşğul olan insanlar əl işlərini sərgiləyəcəklər.

Qeyd edək ki, tədbirdə iştirak ödənişsiz olacaq. Əlaqə üçün (055) 250 93 39 mobil nömrəsi qeyd olunub.

Ən Çox Oxunan