Gəncənin 16 saylı tam orta məktəbində "narkomaniyaya yox deyək" başlığı altında tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova məktəbin yuxarı sinif şagirdləri ilə görüşüb. Tədbirin keçirilməsində məqsəd narkomaniya haqda məlumat verməkdir.
Yeniyetmələrin bu xəstəlik haqqında gərəkən məlumatlar almaları, narkotiklərdən istifadənin hansı fəsadlara səbəb olduğunu bilmələrinin vacib olduğu nəzərə çatdırılıb.
[caption id="attachment_7075" align="alignnone" width="300"]
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto[/caption]