Gəncədə “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub. Bu haqda 17 iyun tarixində Akademik Milli Dram Teatrına istinadən məlumat veririk.
Tamaşa Akademik Milli Dram Teatrının kollektivi tərəfindən Gəncə Dövlət Dram Teatrında nümayiş etdirilib.
Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Qeyd edək ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.