24.7 C
Gence
24.7 C
Gence

Gəncədə şəhid atasına kiçik təsərrüfat yaradılıb

Gəncədə özünəməşğulluq proqramı çərçivəsində şəhid ailəsinə avadanlıq verilərək kiçik təsərrüfat yaradılıb. Bu haqda Gencexeber.az 4 oktyabr tarixində Azərbaycan televiziyasına istinadən xəbər verir.

Şəhid Samir Abdullayevin atası İlham Abdullayev dəmirçiliklə məşğul olacaq.

“Məşğulluq idarəsinin nümayəndələri gəlib və müəyyən təkliflər etmişdirlər. Öncə bildilər ki, ustayam. Mənim avadanlıqlarım çox köhnə olduğu üçün yeniləri ilə təmin olundum. Çox sağolsunlar, minnətdaram. Hal-hazırda mən bu avadanlıqlarla ailəm üçün çörək pulu qazanıram” – deyə, şəhid atası söyləyib.

Daha öncə, Gəncədə qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlar haqda xəbər vermişdik.

Ən Çox Oxunan