Gəncəli xanımın təşkil etdiyi layihənin görüşləri baş tutub. Bu haqda 27 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
8 gün davam edən layihə 2 mərhələdən - təlimlər və mentorluq fəaliyyətindən ibarət olub.
Təlimlər mərhələsində ictimai fəaliyyətlə məşğul olan, mentorluğa marağı olan gənclər "Beynəlxalq mentorluq", "Refleksiya nədir?", "Gənclərlə iş konsepsiyası", "Könüllü gənclərlə işdə vacib nüanslar" mövzularında məlumatlandırılıblar.
Layihə zamanı xüsusi fərqlənən iştirakçılar layihənin ikinci mərhələsində Gəncə şəhərində yerləşən 5 orta məktəbdə şagirdlər üçün seminarlar təşkil ediblər. Seminarlar çərçivəsində şagirdlərə "İctimai fəaliyyət və onun üstünlükləri", "İnkişaf imkanları" mövzularında təqdimatlar edilib.
Layihədə 75 məktəbli, 20 iştirakçı olmaqla, ümumilikdə 95 gənc iştirak edib.
Bundan əlavə, gənc mentorlar layihədəki fəaliyyətlərinin davamı olaraq şagirdlərin ictimai fəaliyyətə cəlb olunmasına qədərki dövrdə onlara dəstək olacaqlar.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.