Gəncədə yeni Ekoloji Park Kompleksinin yaradılması üçün təkliflər sorğusu elan olunub. Bu haqda Gencexeber.az 27 oktyabr tarixində Report-a istinadən xəbər verir.
Parkın Əli Məmmədov küçəsində yaradılması və onun ətrafında abadlıq işlərinin görülməsi nəzərdə tutulub.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 11-i, saat 15:00-a qədər qurumun Heydər Əliyev adına Meydanda yerləşən inzibati binasına təqdim edə bilərlər.