Gəncədə Kamera orkestrinin konserti baş tutacaq.
Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 3 oktyabr saat 16:00-da başlayacaq.
Canlı musiqi proqramı xalq artistləri Rafael Bayramov və Sevinc İbrahimova, əməkdar artistlər Zərinə Allahverdiyeva və Kəmalə Tağızadənin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən konsert və konfrans zalları, kinoteatr, teatr və kitabxanaların fəaliyyəti bərpa olunub.