Gəncənin Cavadxan (Avtozavod) qəsəbəsinə hərəkət edən 20 nömrəli marşrut xəttinin hərəkət cədvəlinə Göy Türk küçəsi əlavə olunub. Bu haqda Gencexeber.az 30 sentyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.
Cavadxan qəsəbəsinin 5 minə yaxın sakini Gülüstan qəsəbəsi və şəhərin digər hissələrinə hərəkət edə biləcəklər.
Daha öncə, qəsəbə mövcud olan nəqliyyat çətinliyinin aradan qaldırılmasına yönəlmiş işlər haqda xəbər vermişdik.