26.4 C
Gence
26.4 C
Gence

Gəncədə 29 ədəd xan çinarı əkilib

Gəncənin rəmzi sayılan 29 ədəd xan çinarı əkilib. Bu haqda Gencexeber.az 22 noyabr tarixində Azertag.az-a istinadən məlumat verir.

Ağacəkmə aksiyası Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə partiyanın yaradılmasının 29 illiyinə həsr edilib. 29 ədəd xan çinarı Heydər Əliyev Park Kompleksinin ərazisində əkilib.

Tədbirdə YAP Gəncə şəhər Təşkilatının əməkdaşları, partiya fəalları və gənclər iştirak ediblər. Bununla yanaşı ərazi alaq otlardan təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib.

 

Ən Çox Oxunan