Gəncədə dirəklərdən biri qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 14 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Məhəmməd Bürcəliyev küçəsindən gedir. Buradakı istirahət guşəsinin yanında yerləşən işıq dirəyi əyilib. Bu dirək yaxınlıqda yerləşən evləri elektrik enerjisi ilə təmin edən xətləri daşıyır. Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər.
“Bu dirək bir müddətdir belədir. Ərazidə uşaqlarımız oynayır, asudə vaxtlarını keçirirlər. Dirək qəzalı vəziyyətdədir, kiminsə və ya hansısa maşının üstünə aşmasından narahatıq”, - deyə onlar qeyd ediblər.