Gəncədə intensiv yağışların fəsadları aradan qaldırılıb. Bu haqda 17 iyun tarixində FHN-ə istinadən məlumat veririk.
Daha öncə məlumat verdiyimiz kimi, intensiv yağan yağışlar səbəbindən Heydər Əliyev parkının ərazisində yaradılmış süni göldə suyun səviyyəsi artıb. Bu da ətraf əraziləri təhlükə altında qoyub.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb. Süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.