Gəncədə türk müəllimlərin mübadiləsinin növbəti mərhələsi başa çatıb. Bu haqda 23 iyun tarixində GDU-ya istinadən məlumat veririk.
İkili diplom proqramı çərçivəsində “Dokuz Eylül Universiteti”nin əməkdaşları Gəncə Dövlət Universitetində təcrübə mübadiləsinin ikinci mərhələsini keçiblər. GDU-nun rektoru Yusif Yusibov prosesi uğurla başa vuran professor Arzu Görməz və dosent Pelin Balçık ilə görüşüb. Burada Universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və fakültənin humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova iştirak ediblər. Görüşdə universitetlərarası elmi əməkdaşlıqdan və ikili diplom proqramının əhəmiyyətindən danışılıb.
Rektor Yusif Yusibov “Dokuz Eylül Universiteti”nin rəhbərliyinə və təcrübədə iştirak edən müəllimlərə təşəkkürünü bildirib. Görüş zamanı 2 həftə ərzində təcrübə mübadiləsi çərçivəsində görülən işlərdən danışılıb, türkiyəli müəllimlərin GDU-nun Kimya-biologiya fakültəsində müxtəlif mövzularda keçdiyi seminarlar və təcrübə mübadiləsi aparmaq məqsədilə iştirak etdiyi ekspedisiya barəsində söhbət açılıb.