Gəncədə bəzi dirəklər qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Ağa Nemətulla, həmin küçənin Nəriman Nərimanov prospekti ilə kəsişməsi, Bakı küçəsi və Mir Cəlal Paşayev küçəsinin 3-cü döngəsində müşahidə olunur. Burada yerləşən dirəklərin təmirə ehtiyacı var.
Bakı küçəsi və Ağa Nemətulla küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində yerləşən rabitə dirəkləri aşıb. Mir Cəlal Paşayev küçəsinin 3-cü döngəsi və Ağa Nemətulla küçəsindəkilər isə əyilib. Sakinlər həmin dirəklərin təmir olunması və ya ləğv edilməsini istəyirlər.
[modula id="49997"]