top
Bu gün ADAU rektoru İbrahim Cəfərovun doğum gündür
20 yanvar 2022, 14:00
- ↺ +

Bu gün ADAU rektoru İbrahim Cəfərovun doğum gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.

O, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dinləyici olaraq, 1980-1985-ci illərdə isə həmin institutun “Bitki mühafizəsi” fakültəsində təhsil alıb. İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Fitopatologiya" kafedrasının aspirantı olub. 13 fevral 1989-cu ildə isə ona kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi  verilib.

Cəfərov 1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 16 iyun 2006-cı ildə İbrahim Cəfərova kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

İbrahim Cəfərov 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

O, 2000-ci ildən Gəncə şəhərində əvvəlcə 39, sonra 38 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib. Cəfərov 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri və sədri olub.

O, ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb, 25 iyul 2013-cü ildə həmin universitetin rektoru vəzifəsinə təyin olunub.

O, 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru adına layiq görülüb. İbrahim Cəfərov 7 noyabr 2016-cı ildə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər