Gəncədə təcrübəçilər təltif olunublar. Bu haqda 7 iyun tarixində Gəncə Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat veririk.
Gəncə Destinasiya Menecmenti Təşkilatı ilə Azərbaycan Texnologiya Universitetinin birgə əməkdaşlığı çərçivəsində ATU-nun 7 nəfər tələbəsi 3 ay müddətində DMT-də və şəhərin müxtəlif yerləşmə obyektlərində istehsalat təcrübəsi keçiblər. Burada gənclər turizm sektoru üzrə müxtəlif istiqamətlərdə fərqli bilik və bacarıqlar əldə ediblər.
Təcrübəni uğurla bitirən bir qisim tələbələr artıq sənaye tərəfindən işlə təmin olunublar. Bundan başqa, gənclərə "Təşəkkürnamə" təqdim edilib.