top
Bu gün Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür
08 oktyabr 2023, 11:00
- +

Bu gün Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hal-hazırda Gəncədə 1 saylı pilot orta məktəb İsmət Qayıbovun adını daşıyır.

1967-ci ildə Qayıbov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. 1971-ci ildən Respublika prokurorluq orqanlarında fəaliyyətə başlayıb. 1990-ci ilədək Qayıbov Sumqayıt şəhərinin, İsmayıllı və Əli Bayramlı (indiki Şirvan şəhəri) rayonlarının prokuroru vəzifəsində çalışıb. 1990-cı ilin avqustunda Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib.

İsmət Qayıbov 1991-ci ildə verdiyi müsahibədə erməni hərbi birləşmələrinin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edib. O, Quqarkda (indiki Ermənistan) azərbaycanlılara qarşı törədilən qırğına görə cəmi dörd erməninin saxlanıldığını “biabırçılıq” adlandırıb. Qayıbov 20 Yanvar faciəsini “Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırıb və bildirib ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar”.

İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında bir sıra yüksək rütbəli dövlət xadimlərinin də içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

İsmət Qayıbov Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Hal-hazırda Azərbaycanın şəhər və rayonlarında küçələr və digər infrastruktur obyektləri onun adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Yağışlı havalar yaz üçün xarakterikdirmi?

Bütün xəbərlər
Dünən, 16:30

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:12

Sabah Gəncədə 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 12:34

Gəncədə metaləritmə zavodunun fəaliyyəti DAYANDIRILIB

Bütün xəbərlər
Dünən, 11:58

Fərdi yaşayış evində yanğın: yardımçı otaq külə döndü

Bütün xəbərlər
Dünən, 10:21

Ana və bacısını qətlə yetirən kişi cəzadan azad edildi

Bütün xəbərlər
01 may 2026, 13:00

Gəncədə dostunun əlil qızını zorlayan 42 yaşlı kişiyə HÖKM OXUNUB

Bütün xəbərlər
01 may 2026, 09:44

Gəncəli abituriyent YÖS imtahanında MAKSİMUM BAL TOPLAYIB

Bütün xəbərlər
01 may 2026, 09:01

Gəncənin Səbiskar qəbiristanlığı abadlaşdırılıb

Bütün xəbərlər
30 aprel 2026, 18:00

Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir

Bütün xəbərlər
30 aprel 2026, 17:31

Gəncədə məktəbli "PUBG"yə görə evindən 40 min manat oğurlayıb

Bütün xəbərlər
30 aprel 2026, 17:00

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Bütün xəbərlər
30 aprel 2026, 16:33

Sabah 25 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
30 aprel 2026, 14:52

Gəncədə məktəblini bıçaqlayan şagirdin valideyinləri ilə profilaktik söhbət aparılıb

Bütün xəbərlər
30 aprel 2026, 14:19

Gəncəli güləşçi İlham Əliyevə qızıl medal söz verdi

Bütün xəbərlər
30 aprel 2026, 11:41

Gəncə Regional Turizm İdarəsi hotellərdə monitorinqlər keçirir

Bütün xəbərlər
30 aprel 2026, 11:05

Neft Akademiyası faciəsinin GƏNCƏLİ qurbanı… – Yaşasaydı 37 yaşı olacaqdı

Bütün xəbərlər
30 aprel 2026, 10:02

Gəncədə yolu asfaltladılar, 20 metrini "unutdular"

Bizim fəxrimiz
30 aprel 2026, 08:49

Gəncə üzrə ən YÜKSƏK bal toplayan ŞAGİRDLƏR

Bütün xəbərlər
29 aprel 2026, 18:00

Xan bağı güllərlə bəzədilir

Bütün xəbərlər
29 aprel 2026, 16:38

Gəncəli cüdoçulardan beynəlxalq uğur

Bütün xəbərlər
29 aprel 2026, 15:57

Gəncəlilərə XOŞ XƏBƏR: Maldiv adalarına vizasız...

Bütün xəbərlər
29 aprel 2026, 15:22

Həbsdə olan qonşusunun arvadı ilə yaşayan KİŞİNİ DÖYDÜ

Bütün xəbərlər
29 aprel 2026, 14:45

Gəncənin balaca şəhidinin doğum günüdür - Ailəsi ilə birgə…

Oxşar xəbərlər