Gəncənin "Şərikli çörək" mağazasının yanında yenə kommunal qəza baş verib. Bu haqda Gencexber.az-a yanvarın 18-i məlumat daxil olub.
Hadisə Nizami prospektində saat 14:00 radələrində qeydə alınıb. Küçə boyunca çirkab suları axır. Verilən məlumata əsasən, əraziyə pis qoxu yayılıb.
Qeyd edək ki, sözügedən ərazidə dekabrın 25-i və yanvarın 4-ü kanalizasiya xətti partlamışdı.