Gəncənin Mahrasa bağı qəsəbəsində işıqlandırma sisteminin quraşdırılması işləri aparılır. Bu haqda Gencexeber.az-a 24 noyabr tarixində məlumat daxil olub.
İşlər qəsəbənin Mikayıl Müşfiq küçəsində aparılır. Aidiyyəti qurumun əməkdaşları yeni qoyulacaq işıq dirəklərinin yerlərə beton töküblər. Küçə boyunca torpağın altına elektrik naqilləri basdırılır.
Daha öncə, Mikayıl Müşfiq və Dədə Yadigar küçələrinin işıqlandırılması haqda məlumat vermişdik.
[caption id="attachment_5464" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_5465" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]