Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 16 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “Sağlam Həyat” Tibb Laboratoriyasının qarşısında su borusu partlayıb. Nəticədə lükün içində su qaynayaraq çıxır və prospekt boyunca axır.
“Azərsu” əməkdaşları əraziyə baxış keçiriblər. Hazırda burada müvafiq tədbirlər görülür.