Gəncədə şəhərin bir hissəsi qazla bağlı problem yaşayır. Bu haqda Gencexeber.az-a 21 fevral tarixində məlumat daxil olub.
Söhbət Aida İmanquliyeva (köhnə Muxtar Hacıyev) küçəsindən gedir. Əhalinin şikayəti bundan ibarətdir ki, axşam saatlarında qazın təzyiqi düşür, daha sonra isə qaz tamamilə kəsilir.
“İstilik sistemləri fəaliyyətini dayandırır, biz də səhərə qədər donuruq evdə. Uşağı, qocası, xəstə adamı olan evlər var. Bu hal bir müddət idi olmurdu. İndi yenidən belə bir problem yaşayırıq”, - deyə sakinlər bildirirlər.