Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 17 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb. Yol hərəkəti qaydalarına əməl etməyən sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil “VAZ-2107” ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.