Gəncədə yolun çökmüş hissəsi qazılıb. Bu haqda Gencexeber.az-a 22 avqust tarixində məlumat daxil olub.
Sözügedən vəziyyət şəhərin Yeni Gəncə qəsəbəsinin Nizami prospektində qeydə alınıb. Sakinlərin sözlərinə görə, “Ramada Plaza”nın qarşısında yolun bir hissəsində çökəklik əmələ gəlib. Əraziyə “Azərsu” ASC-nin əməkdaşları və texnika cəlb olunub.
Yolun həmin hissəsi qazılıb və su borusunda qəza aşkarlanıb. Burada borunun təmir edilməsi üzrə işlərə başlanılıb.